Beş günlük ömürdür...“yaşayırlar” da...

21 Avqust 2025 23:43 (UTC+04:00)

"Kombinasiya” qrupunun keçmiş solisti Alena Apina gənc masajçı ilə tətilə Gürcüstana uçub.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə StarHit məlumat yayıb.

...60 yaşlı müğənni “yoldaşı ilə” birlikdə Batumidə istirahət edir. Cütlük sahil boyu gəzinti zamanı görüntülənib, qucaqlaşıb əl-ələ tutublar.

Apina yeni romantikanı hələ təsdiq etməyib.

“Buxhalter” hitinin ifaçısının iki dəfə evləndiyi məlum olub. Sənətçinin sözlərinə görə, ikinci evliliyi əri, prodüser Aleksandr İratovun xəyanəti ucbatından dağılıb. Apina ərinin çoxsaylı xəyanətlərini bildiyini, lakin uzun müddət onlara əhəmiyyət vermədiyini etiraf edib.

2016-cı ildə cütlük 23 illik evlilikdən sonra rəsmi olaraq boşanmaq üçün müraciət ediblər.

Bir müddət əvvəl Apina şou-biznesdəki həmkarlarının paxıllığından sərt danışıb.

Nazlı Almuradova