"Neftçi" Ramil Şeydayevi əvəzedici heyətə göndərib

21 Avqust 2025 15:33 (UTC+04:00)

"Neftçi" iki futbolçusunu əvəzedici heyətə göndərib. Klubdan SİA-ya verilən məlumata görə, baş məşqçi Samir Abasovun qərarına əsasən, futbolçular – Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar.

Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər.