Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib

21 Avqust 2025 15:25 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılovanın barəsində olan həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin edilməyib.

Qeyd edək ki, onun barəsində avqustun 16-da 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

R. İsmayılova iki nəfər zərərçəkən şəxsin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir.