“Mən hər zaman müsahibələrimdə məcazi mənada qeyd etmişəm ki, “kişi evin Allahdır”. Yəni ailədə üstün kişidir”. Bu sözləri SİA-ya açıqlamasında müğənni Ofelya Şabanova deyib.
Ofelya Şabanova sözlərinə belə davam edib: “İş baxımından qadın və kişi bərabərliyi ola bilər. Amma ailə baxımından kişi 10 addım qadından öndədir. Ailədə qadın hansısa dövlət qurumunda və ya böyük şirkətdə böyük vəzifə sahibi ola bilər, kişi isə fəhlə işləyə bilər. Bu o demək deyil ki "qadın ailədə öndə olmalıdır" .
Qadın, kişi evə gəldilərsə kişi ailədə ən böyük vəzifə sahibi sayılır. Qadının evdə hüququ: ailənin şərəf və ləyaqətini qorumalı,ailəyə qayğı göstərməkdən ibarətdir. Xanımlar hər zaman belə düşünməlidir.
Atalardan məsəl var: “Yaxşı at özünə qamçı vurdurmaz”. Məgər zorakılığa tək qadınlar məruz qalır?. Qadının ailədə səbəbsiz yerə deyingən, həyasız olmağı kişiyə qarşı olan zorakılıqdır.
Ailəni düz yola istiqamətləndirən ailənin xanımıdır. Əyər qadın yararsızdırsa o ailədə hər zaman zorakılıq olacaq. Qadınlar anlamalıdırlar ki, ailənin şad xürrəm yaşamağı onlardan aslıdır.
Bəli, stereotip anlayışının ailə tərəfini nəzərə alaraq deyə bilərəm ki, "qadın incə və zərif, kişi isə güclü, bəzi hallarda kobuddur".
Mən belə də qəbul edirəm və edəcəm də. Beynimizə həkk etməliyik”.
Ayşən Vəli