Azərbaycanın cüdo millisi İspaniyada təlim-məşq toplanışına qatılıb

21 Avqust 2025 12:40 (UTC+04:00)

Gənc qızlardan ibarət cüdo üzrə Azərbaycan millisi İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb. Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Hazırlıq prosesinə yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edir.

Qeyd edək ki, qitə birinciliyi sentyabrın 4-7-si aralığında Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.