Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Novxanıda fəaliyyət göstərən içməli su istehsalı müəssisəsində uyğunsuzluq aşkarlayıb. Bu barədə SİA-ya AQTA-dan məlumat verilib.
Bildirilib ki, 19 litrlik sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.
Bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu müəyyən edilib.
Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.