Şəmkirdə qidadan zəhərlənənlərin sayı 24-ə çatıb, 14-ü azyaşlıdır

21 Avqust 2025 10:56 (UTC+04:00)

Şəmkirdə zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 14-ü azyaşlıdır.

Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.