Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməli qoyulub
21 Avqust 2025 10:03 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.