Osinı Kəndi yaxınlığında partlayan PUA Rusiyaya məxsusdur - Polşa MN

21 Avqust 2025 02:22 (UTC+04:00)

Osinı kəndi yaxınlığında qəzaya uğrayaraq partlayan pilotsuz uçuş aparatı (PUA) hərbi aparatdır və Rusiyaya məxsusdur. SİA Polşa radiosuna istinadla xəbər verir ki, Lyublin Şəhər Prokurorluğu avqustun 19-dan 20-nə keçən gecə Osinı kəndi yaxınlığında hərbi pilotsuz uçuş aparatının qəzaya uğradığını müəyyən edib. Polşa milli müdafiə naziri Vladislav Kosinyak-Kamış onun Rusiyaya məxsus olduğunu bildirib.

Hazırda araşdırma aparılır, hərbçilər qəza yerinə nəzarət edir.