Zərdab sakini həmyerlisini bıçaqlayıb

20 Avqust 2025 21:31 (UTC+04:00)

Zərdab rayonunun Qoşaoba kəndində həmkəndlilər arasında münaqişə bıçaqlanma ilə nəticələnib.

SİA-nın məlumatına görə, kənd sakini Mirzə Cəfərli mübahisə zəminində həmyerlisi Süleyman İsmayılova bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. M.Cəfərli isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.