İsrail Müdafiə Qüvvələri Qəzzanın ətrafını nəzarətə götürür...

20 Avqust 2025 21:27 (UTC+04:00)

HƏMAS İsrail Müdafiə Qüvvələrinin (İMQ) Qəzza zolağında son hücumundan sonra "döyülmüş və əzilmiş partizan təşkilatı"dır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu İMQ sözçüsü general-mayor Effi Defrin mətbuat konfransında bildirib.

"Biz terror istinadgahı olan Qəzza şəhərində HƏMAS-a, yer üstündə və yer altında terror infrastrukturuna zərbələri dərinləşdirəcək və əhalinin HƏMAS-la əlaqəsini kəsəcəyik", - deyə o bildirib.

Defrin bildirib ki, İMQ artıq şəhərin ələ keçirilməsi planlaşdırılan hücumdan əvvəl Qəzzada ilkin əməliyyatlara başlayıb.

"İMQ qüvvələri artıq Qəzza şəhərinin ətraflarını nəzarətə götürür", - deyə o bildirib.