“Həkimlərimizi tanıyın!” Eferentoloq Aytən Səlimova

20 Avqust 2025 17:45 (UTC+04:00)

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə pasiyentlərinin dərin etimadını qazanmış, peşəkarlığı ilə seçilən Mərkəzi Gömrük Hospitalının Efferent Terapiya şöbəsinin eferentoloqu Aytən Səlimovanı təqdim edirik.

DR.AYTƏN SƏLİMOVA Mərkəzi Gömrük Hospitalında membran plazmaferez, hemoabsorbsiya, plazmaferez, selektiv və qeyri-selektiv plazmaferez, kaskad plazmaferez kimi yüksək ixtisas tələb edən prosedurları uğurla icra edir. O, ekstrakorporal hemokorreksiya və efferent terapiya sahəsində dərin bilik və bacarıqlar qazanmış, bu istiqamətdə uzun illərin təcrübəsinə malik peşəkar həkimdir. Təcrübəsi, elmi yanaşması və praktik bilikləri ilə Dr. Aytən Səlimova bu sahənin aparıcı mütəxəssislərindən biri hesab olunur. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/ayten-selimova/.

Aytən həkim 1992–1998-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmiş, 1998–1999-cu illərdə Qədirli adına Hövzə Xəstəxanasında internatura keçmişdir. 2000–2020-ci illərdə həmin xəstəxanada nefroloq kimi fəaliyyət göstərmiş, 2022-ci ildən isə Mərkəzi Gömrük Hospitalının Efferent Terapiya şöbəsində eferentoloq kimi çalışır.

Peşəkar inkişafına xüsusi önəm verən Aytən Səlimova 2023-cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Kəskin orqan çatışmazlığı və homeostoz pozulmalarında intensiz terapiya” mövzusunda kurs keçmişdir. O, 2008-ci ildən Rusiya Hemifarez və Ekstrakorporal Hemokorreksiya Cəmiyyətinin üzvüdür.

Pasiyentlərinə fərdi yanaşma göstərən, profilaktik müayinələrin əhəmiyyətini daim vurğulayan Aytən həkimin əsas məqsədi böyrək xəstəliklərinin ağırlaşmasının qarşısını vaxtında almaqdır. Aytən həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.