Ağdərədə yanğın olub

20 Avqust 2025 15:52 (UTC+04:00)

Ağdərədə yanğın olub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Canyataq kəndində dağlıq ərazidə 9 ha sahədə quru ot, kol-kos və yaşayış olmayan, yararsız vəziyyətdə olan evin yanar konstruksiyaları yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.