Prezident və birinci xanım Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar

20 Avqust 2025 14:49 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.