Yaxın vaxtlarda Azərbaycan və İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçiriləcək

20 Avqust 2025 14:48 (UTC+04:00)

Yaxın vaxtlarda Azərbaycan və İspaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçiriləcək. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildə Xarici İşlər nazirlikləri arasında təşkil olunmuş siyasi məsləhətləşmələrin davamı olaraq yaxın vaxtlarda Bakıda keçiriləcək növbəti siyasi məsləhətləşmələrə hazırlıq işləri görülür.