Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Dr. Nabil Seyidov “Miokardit nədir?” mövzusunda ətraflı məlumat verib. O, miokarditin ürək əzələsinin iltihabi xəstəliyi olduğunu, onun həm virus, bakteriya və digər mikroorqanizmlər, miokarditin simptomları - ürək döyüntülərinin sürətlənməsi, nəfəs darlığı, halsızlıq, göğüs ağrısı və bəzən ödemi - diqqətə çatdırıb və xəstəliyin erkən diaqnostikası üçün laborator və instrumental müayinələrin əhəmiyyətini vurğulayıb.
Həmçinin, Dr. Nabil Seyidov miokarditin müalicə prinsiplərini açıqlayaraq, xəstələrin vəziyyətinə uyğun dərman terapiyası, həyat tərzi dəyişiklikləri və bəzi hallarda xəstəxanada nəzarət altında müalicənin vacibliyini izah edib. Dr. Nabil Seyidovun mövzu ilə bağlı çıxışını təqdim edirik.