İran Prezidenti Belarusa getdi

20 Avqust 2025 03:07 (UTC+04:00)

İran Prezidenti Məsud Pezeşkian Belarusa rəsmi səfərə gəlib. SİA xəbər verir ki, bu barədə Belarusun "Belta" dövlət agentliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 20-də Müstəqillik Sarayında Aleksanr Lukaşenko iranlı həmkarı ilə danışıqlar aparacaq. Görüş çərçivəsində ölkələr arasında ticarət, investisiya və sənaye kooperasiyası sahələrində tərəfdaşlığın genişləndirilməsinə dair ikitərəfli sənədlər imzalanacaq. Bundan əlavə, elm, texnologiya, təhsil sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi, eləcə də dövlətlərin beynəlxalq strukturlar, xüsusilə BRİKS və BMT çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə olunacaq. Regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi məsələlərinə də toxunulacaq.