Əfqanıstanda 71 nəfər həlak oldu

20 Avqust 2025 02:23 (UTC+04:00)

Əfqanıstanın Herat vilayətindən paytaxt Kabil şəhərinə miqrantları daşıyan avtobus, motosiklet və yük maşını toqquşub. SİA xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, hadisə nəticəsinə 17-si uşaq olmaqla, 71 nəfər həyatını itirib.