“Ferensvaroş”un baş məşqçisi: “Qarabağ”la oyunda çox sadə qollar buraxdıq

20 Avqust 2025 02:05 (UTC+04:00)

İlk hissə yaxşı keçdi, inamlı oynadıq, hətta qol da vurduq. SİA xəbər verir ki, bu sözləri Macarıstanın "Ferensvaroş" klubunun baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

İrlandiyalı mütəxəssis bildirib ki, Bense Etvöşün zədələnməsi komandasını bir qədər geri saldı: "Təəssüf ki, çox sadə qollar buraxdıq. Oyuna daha çox nəzarət etmək istərdik".

R.Kin Bakıda oynanılacaq cavab matçına da toxunub: "Rəqibin artıq qalib gəldiyini düşünməsi bizə ümid verir. Futbolda hər şey ola bilər, bu vəziyyətdən çıxmaq olar".

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.