Kallas: "Avropa İttifaqı Ukrayna hərbçilərinə təlim keçəcək və..."

19 Avqust 2025 20:51 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Ukrayna Silahlı Qüvvələrinə təlim keçəcək və Rusiyaya qarşı sanksiyaları davam etdirəcək.

SİA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində yazıb.

O vurğulayıb ki, Brüssel Rusiyanın Ukraynada nizamlanma ilə bağlı öhdəliklərini və vədlərini yerinə yetirəcəyinə inanmır. Kallasın sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik zəmanətləri Rusiyanın qarşısını almalıdır.