Yaxın bir neçə həftə ərzində Putinlə nə baş verəcəyini öyrənəcəyik

19 Avqust 2025 19:34 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna ilə müharibədən bezdiyini deyib, lakin etiraf edib ki, Rusiya lideri Ukrayna ilə sövdələşməyə hazır olmaya bilər. SİA-nın məlumatına görə, Amerika prezidenti bunu Fox News telekanalına müsahibəsində deyib.

…Məncə, Putin bundan yorulub. Məncə, onların hamısı bundan bezdi, amma kim bilir, - Amerika prezidenti deyib. Vəziyyətin nəticəsi, Trampın fikrincə, yaxın həftələrdə Putinin reaksiyasından sonra bəlli olacaq.

…Prezident Putinlə nə baş verəcəyini yaxın bir neçə həftə ərzində öyrənəcəyik... O, razılaşmaq istəməyə bilər,- deyən Tramp, əks halda Putinin “çətin vəziyyətlə” üzləşə biləcəyini bildirib.

Əli Babayev