Amerikalı müğənni və bəstəkar Taylor Svift "The Life Of A Showgirl" adlı yeni albomunun yazıldığını açıqladı və üz qabığı ilə ictimaiyyətin diqqətini çəkdi.
SİA xəbər verir ki, “Daily Mail” sosial şəbəkələrdə yazılan şərhləri diqqətə çatdırıb. Müğənni üz qabığında qarnını açan parlaq kostyumda pozalar verib.
İstifadəçilər 2015-ci ildə məşhurun əslində göbəyinin olduğunu sübut etməli olduğu vəziyyəti xatırladaraq Sviftin qarnının açıq olmasına diqqət çəkiblər.
"Taylorun göbəyinin olduğunu göstərmək üçün qarın şəklini yerləşdirdiyi vaxtı xatırladım. İndi o, bunu etdi - ikonik", bir istifadəçi yazıb. Söhbətə digər pərəstişkarları da qoşulub, mövzu ilə bağlı minlərlə şərh yazıblar. “Əvvəlcə inanmadım”, “Göbək təsdiqləndi”, “İlk fikrim eyni idi” dedilər.
Xatırladaq ki, Taylor Swift əvvəllər sosial mediada meme çevrilmişdi.
Nazlı Almuradova