NATO-nun müdafiə nazirləri Ukrayna məsələsini və alyansın növbəti addımlarını müzakirə etmək üçün avqustun 20-də telekonfrans keçirmək niyyətindədirlər.
SİA xəbər verir ki, bu barədə “Reuters” alyansdakı mənbələrə istinadən məlumat yayıb.
...NATO hərbi rəhbərlərinin Ukraynadakı vəziyyəti və növbəti addımları müzakirə etmək üçün çərşənbə günü görüşəcəyi gözlənilir, - deyə məlumatda bildirilir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ukraynanın NATO-ya üzv olmayacağını bildirib.
Amerika liderinin sözlərinə görə, SSRİ və Rusiya NATO-nu öz sərhədlərində görmək istəməməkdə “haqlı idilər”.
Bundan əvvəl Avropa İttifaqı (Aİ) liderlərinin Trampla virtual görüşünün bu həftə baş tuta biləcəyi barədə məlumat yayılmışdı.
Eyni zamanda, bir neçə avropalı rəsmi yaxın günlərdə bir sıra əlavə görüşlərə icazə verir - həm “istəklilər koalisiyası” ölkələri arasında, həm də milli təhlükəsizlik müşavirləri səviyyəsində...
Əli Babayev