"Qarabağ" - "Neftçi" oyunu Zəfər Günü ərəfəsində keçiriləcək

19 Avqust 2025 17:32 (UTC+04:00)

Misli Premyer Liqasında cari mövsümdə ilk Azərbaycan derbisinin hansı turda keçiriləcəyi müəyyənləşib. SİA xəbər verir ki, bu, Peşəkar Futbol Liqasının açıqladığı geniş təqvimdə əksini tapıb.

"Qarabağ" - "Neftçi" matçı XI tura təsadüf edəcək. Bu turun görüşləri noyabrın 7-9-u aralığında keçiriləcək.

Xatırladaq ki, 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.