Sabah Cəlilabadın 18 yaşayış məntəqəsində qaz olmayacaq

19 Avqust 2025 16:22 (UTC+04:00)

Sabah Cəlilabad rayon ərazisində yerləşən Ocaqlı kəndindəki 1 saylı tam orta məktəbə təbii qazın verilməsi məqsədilə aparılacaq işlər səbəbindən 18 yaşayış məntəqəsi qazsız qalacaq. SİA-nın məlumatına görə, Ocaqlı, Əliqasımlı, Bədirli, Babaxanlı, Gülməmmədli, Ətçələr, Məmmədcanlı, Adnalı, Şiləvəngə, Abışabad, İnili, Şabanlı, Qasımbəyli, Təklə, Abazallı, Babalı, Cəlayir və Qarazəncir kəndlərində, ümumilikdə 4200 abonentin təbii qaz təchizatının sabah saat 10:00-dan işlər başa çatanadək dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etmək xahiş edilir.