Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı

19 Avqust 2025 11:54 (UTC+04:00)

Avqustun 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 18 tüfəng, 3 patron darağı və 711 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.