Rusiyalı oyunçu transfer etdilər

19 Avqust 2025 08:30 (UTC+04:00)

Finlandiyanın “Kiekko-Vantaa” xokkey klubu Rusiya ilə bağlı mübahisəli transfer səbəbindən sponsorlarını itirib. SİA xəbər verir ki, bu barədə “Iltalehti” məlumat yayıb. Finlandiyanın ikinci divizionunda çıxış edən klub Teemu Pulkkineni transfer edib. 33 yaşlı fin xokkeyçi 2022-ci il fevralın 24-dən sonra Çelyabinsk “Traktor”unda iki mövsüm çıxış edib. “Kiekko-Vantaa”nın sponsorlarından biri olan “Pihlajalinna” klinikalar şəbəkəsi klubla əməkdaşlığı dayandırdığını açıqlayıb, klubun addımlarının şirkətin dəyərləri ilə uyğun gəlmədiyini bildirib. Pulkkinen Finlandiyaya qayıtdıqdan sonra Rusiyada qalmaq qərarına görə üzr istəyib və ölkədə onu pulların saxlanılması ilə bağlı vəziyyətin təsir etdiyini etiraf edib.