Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib - SİYAHI

19 Avqust 2025 08:17 (UTC+04:00)

Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

3. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.