Liderlərin Ağ Ev görüşü yekunlaşıb

19 Avqust 2025 03:13 (UTC+04:00)

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri arasında yüksək səviyyəli görüşlər yekunlaşıb. SİA Ağ Evə istinadla xəbər verir ki, Trampın günün qalan hissəsində kamera qarşısına çıxması gözlənilmir.

Bəzi Avropa liderlərinin çıxışa doğru getdikləri görünüb. Böyük Britaniyanın Baş naziri Kir Starmer binanı tərk edərkən “nə barədə razılıq əldə edildi?” sualına “çox şey barədə” cavabını verib.