Türkiyənin "Beşiktaş" klubu futbolçusu Elan Rikardonu icarəyə verib. SİA xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
21 yaşlı kolumbiyalı yarımmüdafiəçi 2025/2026 mövsümündə Braziliyanın "Atletiko Paranaense" komandasının formasını geyinəcək. Cənubi Amerika təmsilçisi mövsümün sonunda onu birdəfəlik almaq hüququna malikdir. Qeyd edək ki, Elan Rikardo cari ilin fevralında "Beşiktaş"a keçib.