Məşhur aktyor 12 milyon dollara yeni ev aldı - FOTO

19 Avqust 2025 02:37 (UTC+04:00)

Dünyaşöhrətli aktyor Bred Pitt 12 milyon dollara yeni ev alıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, daşınmaz əmlak maqnatına çevrilən aktyorun yeni aldığı malikanə Hollivudda yerləşir.

Pitt məşhur musiqiçi Deyv Keuninqin evini satış qiymətdən 2 milyon dollar ucuz alıb.

Daşınmaz əmlak imperiyasını günü-gündən genişləndirən aktyorun yeni evində altı yataq otağı və səkkiz vanna otağı var.

1989-cu ildə tikilmiş ev Los Angeles və Sakit Okeanın mənzərələrinə açılır.

Həmçinin malikanə açıq hovuz və geniş bağçaya malikdir.

Qeyd edək ki, 61 yaşlı “Oskar” mükafatlı aktyorun təkcə 2023-cü ildə 72 milyon dollarlıq daşınmaz əmlak sövdələşmələrində iştirak etdiyi bildirilir.

Hazırda onun Ancelina Coli ilə məhkəmə çəkişmələrində olduğu Fransadakı Miraval qəsri 60 milyon dollar dəyərində qiymətləndirilir.