Ağstafada şəhidin doğum günündə xatirəsi anılıb - FOTOLAR

18 Avqust 2025 14:53 (UTC+04:00)

18 avqust 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi İsmayılov Rəhman Mehdi oğlunun doğum günü münasibətilə Muğanlı kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşı Vüqar Həsənov, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində həmçinin digər şəhidlərimizin də məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

#ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun