Azərbaycanlı basketbolçunun yeni klubu bəlli olub

18 Avqust 2025 11:54 (UTC+04:00)

Azərbaycanlı basketbolçu Rüstəm Əliyevin yeni klubu bəlli olub. “Abşeron Lions”dan SİA-ya verilən məlumata görə, 30 yaşlı oyunçu heyətə cəlb edilib.

Təcrübəli basketbolçu 2025/2026 mövsümündə komandanın formasını geyinəcək.

Qeyd edək ki, Rüstəm Əliyev daha əvvəl "Sabah" və "Ordu"da da çıxış edib.