Qeyri-etik videolar çəkərək paylaşan əcnəbilər saxlanılıb

18 Avqust 2025 09:11 (UTC+04:00)

Bakıda turist kimi səfər edən əcnəbilər Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb. SİA xəbər verir ki, yayılan görüntülərdə ərəblər qəbuledilməz hərəkətlər ediblər.

Həmin şəxslər polislər tərəfindən saxlanılıb, hazırda araşdırma aparılır.