Mahir Almaniyada qol vurdu, komandası növbəti mərhələyə yüksəldi

17 Avqust 2025 19:47 (UTC+04:00)

Futbol üzrə Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın “Kayzerslautern” komandasının heyətində rəsmi matçlarda ilk qolunu vurub.

SIA xəbər verir ki, hücumçu ölkə kubokunun "Ayntraxt 1949"la keçirilən 1/32 final mərhələsinin oyununda fərqlənib.

O, 15-ci dəqiqədə rəqibi cəzalandırıb.

Görüş “Kayzerslautern”in 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da komanda adını növbəti raunda yazdırıb.