Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 46 ədəd PUA vurub. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Belqorodda 16, Nijeqorodda 14, Voronejdə 9, Bryanskda 3, Smolensk, Orlov, Kursk və Kaluqa vilayətlərində isə 1 PUA zərərsizləşdirilib.