Bu ölkədə 5,8 bal gücündə zəlzələ oldu

17 Avqust 2025 05:56 (UTC+04:00)

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 02:38-də İndoneziyanın Sulavesi adasının sahilində yerləşən Poso şəhərindən şimalda baş verib. Qəsəbədə 50 minə yaxın insan yaşayır. Seysmik hadisənin mərkəzi 10 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.