Dünya ulduzu yenidən türkiyəli fotoqrafı seçdi - FOTOLAR

17 Avqust 2025 03:39 (UTC+04:00)

Dünyaca məşhur müğənni Taylor Svift yeni fotosessiyası ilə gündəm olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçi "The Life of a Showgirl” albomunun üz qabığındakı fotolar üçün türk fotoqrafla çalışıb. Onun şəklini daha əvvəl "Reputation” albomunda da birlikdə çalışdığı türkiyəli fotoqraf Mert Alaş çəkib.