Tusk Putini bacarıqlı oyunçu adlandırıb...

16 Avqust 2025 18:05 (UTC+04:00)

...Ukraynanın gələcəyi və Avropanın təhlükəsizliyi üçün oyun həlledici mərhələyə qədəm qoyub.

SİA-nın məlumatına görə, bu fikri Polşanın baş naziri Donald Tusk Alyaskada keçirilən Rusiya-Amerika sammitinin yekunlarını şərh edərkən deyib.

...Ukraynanın gələcəyi, Polşanın və bütün Avropanın təhlükəsizliyi üçün oyun həlledici mərhələyə qədəm qoydu,- deyən Tusk X-də yazıb və Rusiya prezidenti Vladimir Putinin bacarıqlı oyunçu olduğunu "bir daha sübut etdiyini" qeyd edib.

...Ona görə də bütün Qərbin birliyini qorumaq çox vacibdir, - Polşanın baş naziri əlavə edib.

Əli Babayev