Şəkidə qəza baş verib

16 Avqust 2025 17:27 (UTC+04:00)

Şəkidə yol nəqliyyat hadisəsi baş verib, ana və iki azyaşlı övladı xəsarət alıb. SİA-nın məlumatına görə, hadisə rayonun Çeşməli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 28 yaşlı Rəvanə Qurbanova və iki azyaşlı övladı xəsarət alıb.