Şamaxıda yeni məşqçi gətirildi

16 Avqust 2025 17:26 (UTC+04:00)

“Şamaxı” komandasında məşqçi təyinatları olub. SİA xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məşqçi Anar Vəliyev və qapıçı hazırlığı üzrə mütəxəssis Əyyub Əliyev əsas komandanın texniki heyətində yer alacaq.