Belçikanın Malmedi şəhərində hər il keçirilən qeyri-adi ənənə bu dəfə də minlərlə insanın marağına səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, şəhərin mərkəzində aşpazlar forkliftlə gətirilən 4 metrlik nəhəng tavada minlərlə yumurtanı sındıraraq omlet bişiriblər.
Ənənəyə görə, hazırlanan omlet çörəklə birlikdə tədbirə qatılan insanlara paylanıb.
Nəhəng omlet bişirmək adəti 9-cu əsrə dayanır. Lakin müasir formada bu tədbir ilk dəfə 1973-cü ildə keçirilib və artıq 52 ildir hər avqust ayında davam etdirilir.
Bu dəfə hazırlanan omlet də minlərlə yumurtadan ibarət olub və aşpazların xüsusi resepti ilə donuz əti əlavə edilərək bişirilib.