İran prezidenti rəsmi səfərə çıxacaq

16 Avqust 2025 16:18 (UTC+04:00)

İran prezidenti Məsud Pezeşkian bazar ertəsi rəsmi səfərə çıxacaq. SİA xarici mətbuata istinadən verdiyi məlumata görə, İran prezidentinin müşaviri Mehdi Sənai bazar ertəsi İran prezidenti Məsud Pezeşkianın Ermənistan və Belarusa iki günlük səfər edəcəyini bildirib.

Xüsusilə biznes sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi və sənədlərin imzalanması səfərin məqsədlərindən biridir.