"Barselona” hücumçusu Levandovskinin əvəzləyicisini axtarır

16 Avqust 2025 16:09 (UTC+04:00)

"Barselona” hücumçusu Robert Levandovskinin əvəzləyicisini axtarır. SİA xəbər verir ki, buna səbəb polşalı futbolçunun klubla müqaviləsinin gələn yay başa çatmasıdır.

İspaniya mətbuatının məlumatına görə, Levandovskinin əsas əvəzləyici namizədi Madrid “Atletiko”sunun hücumçusu Yulian Alvaresdir. Onun transferini klubun liderləri Lamine Yamal və Pedri dəstəkləyir.

“Barselona”nın prezidenti Xuan Laporta Alvaresin oyun səviyyəsini yüksək qiymətləndirir və 2026-cı ilin yayında futbolçunu almaq üçün bütün imkanlarını səfərbər edəcək.