Windows səslə idarə olunacaq...

16 Avqust 2025 21:05 (UTC+04:00)

...Windows layihəsinin meneceri Pavan Davuluri və süni intellekt üzrə məhsul meneceri Kristian Brinxoff bildiriblər ki, gələcəkdə səslə daxiletmə Microsoft əməliyyat sistemi ilə qarşılıqlı əlaqənin əsas üsuluna çevriləcək.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Neowin” portalı məlumat yayıb.

Müsahibədə menecerlər qeyd etdilər ki, Windows-un gələcək versiyaları, o cümlədən potensial Windows 12, səs idarəetməsini digər qarşılıqlı əlaqə üsulları ilə birləşdirən multimodal iş ssenarilərinə yönəldiləcək.

Davuluri vurğulayıb ki, süni intellektin, xüsusən də Copilot Vision-ın inteqrasiyası sistemə istifadəçinin kontekstini və niyyətini anlamağa imkan verəcək, daha təbii qarşılıqlı əlaqə təmin edəcək.

Belə şəraitdə klaviatura və siçan ikinci dərəcəli idarəetmə vasitələrinə çevriləcək və əsas diqqət səsli əmrlərə yönələcək. ...Siz yazarkən, rəsm çəkərkən və ya başqa bir şəxslə ünsiyyət qurarkən kompüterlə danışa biləcəksiniz. Kompüter sizin niyyətlərinizi semantik olaraq başa düşməlidir ki, onunla qarşılıqlı əlaqə qura biləsiniz.

Davuluri deyib bunu.

Microsoftun Windows əməliyyat sisteminin növbəti nəslini nə vaxt buraxacağı məlum deyil.

Nazlı Almuradova