Oğrulara milyonları aparmaq üşün 90 saniyə kifayət edib..?

16 Avqust 2025 21:34 (UTC+04:00)

ABŞ-da, Sietldə zərgərlik mağazasından oğurluq olub. Polis brilyant, Rolex və qızıl oğurlayan cinayətkarları axtarır.

SİA xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Sietl polisi avqustun 15-də günorta saatlarında Qərbi Sietldə zərgərlik mağazasının qarət edilməsi barədə məlumat alıb və oğurluq, təxminən 90 saniyə davam edib.

Oğrular ümumi dəyəri təxminən 2 milyon dollar olan brilyant, dəbdəbəli saatlar, qızıl və digər qiymətli əşyaları oğurlayıblar. Polisin məlumatına görə, dörd maskalı oğru mağazanın şüşə qapısını çəkiclə sındırıb və altı vitrini qarət ediblər.

Onlardan birində təxminən 750 min dollar dəyərində Rolex saatı, digərində isə 125 min dollar dəyərində zümrüd boyunbağı olub.

Şübhəli işçiləri ayı spreyi və gicəlləndirici tapança ilə hədələyib, lakin heç kim xəsarət almayıb.

Ailəyə məxsus mağazanın vitse-prezidenti Coş Menaşe işçilərin çox qorxduğunu və mağazanın bir müddət bağlanacağını bildirib.

Artıq işçilər sınmış şüşələri yığışdırıblar və zərərin tam inventarlaşdırılması üzərində işləyirlər.

Polis hadisə yerinə gəlib, lakin oğrular avtomobillə qaçıblar və hazırda axtarışdadırlar. Onların şəxsiyyətinin və harada olmasının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Nazlı Almuradova