DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib

16 Avqust 2025 12:33 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla general-mayor Babək Vahid oğlu Qurbanova “general-leytenant”, polkovnik Ceyhun Həsən oğlu Nəbiyev və polkovnik Azər Əliyusif oğlu Şirinova isə “general-mayor” ali hərbi rütbəsi verilib.