Çiyələk sahəsində huşunu itirən şəxs vəfat etdi

16 Avqust 2025 10:58 (UTC+04:00)

Cəlilabadda çiyələk sahəsində huşunu itirən şəxs ölüb. SİA-nın verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Şükür Abışov Cəlilabad-Masallı yolunda yerləşən çiyələk sahəsindən meyvə alıb avtomobilə gedən zaman qəfildən yıxılaraq huşunu itirib.

Gənc xəstəxanaya yerləşdirilsə də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.