Ağdamda aşkar olunan 2 ton narkotik vasitə polis tərəfindən məhv edildi

16 Avqust 2025 10:54 (UTC+04:00)

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2025” planına uyğun olaraq tədbir keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, tədbir zamanı Xaçındərbənd kəndi ərazisində yabanı halda bitən çəkisi 2 ton olan 1560 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.