Azərbaycan millisi növbəti oynuna çıxır

16 Avqust 2025 09:32 (UTC+04:00)

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq. SİA-nın verdiyi məlumata görə, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Bakıda Avstriya seçməsini qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl iki oyunda Belçikaya və bir matçda Avstriyaya 0:3 hesabı ilə uduzub.